Bir müddət əvvəl “Neftçi”dən getdi, indi də axtarışdadır

20:00 Neftçi 249
Bir müddət əvvəl “Neftçi”dən getdi, indi də axtarışdadır

Avqustda “Neftçi”dən ayrılan Alessio Kurçi hələ də klub axtarışındadır.

Ötən yay Samir Abasovun istəyi ilə komandaya cəlb olunan Lüksemburqdan olan hücumçusu Yuri Vernidubun planlarına daxil olmadı.

Mütəmadi aldığı zədələr və ideal formasından uzaq düşməsi “Neftçi”dən gedişini şərtləndirdi.

Maraqlıdır ki, Cordan Rezabala kimi, ona da yaxın duran yoxdur.

Azərbaycan klublarından təklif alacağını gözləsə də, elita təmsilçilərindən heç biri ona maraq göstərməyib. Vətənində oynamaq istəmir. Daha üstün liqalarda top qovmaq niyyətindədir.

24 yaşlı futbolçu ötən mövsüm ağ-qara formada meydana çıxdığı 19 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti