Federasiyaların nümayəndələri ilə 28-ci görüşünü keçirdi - İdman naziri

04:50 Digər növlər 81
Federasiyaların nümayəndələri ilə 28-ci görüşünü keçirdi - İdman naziri

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış "AzerFit" layihəsinin icrası ilə maraqlanıb.

Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb, müvafiq təlimlər keçirilib, xüsusi ayrılmış otaq zəruri avadanlıqlarla təchiz edilib.

Layihənin pilot mərhələsində Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird seçilib.

İştirakçılar "AzerFit" çərçivəsində hesablanan göstərici və 10 fiziki test üzrə qiymətləndirilib. Testlər uşaqların əsas fiziki qabiliyyətlərinin, o cümlədən güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir. Nazir layihənin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə nazir iştirakçıları salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra gündəliyə əsasən, legionerlərlə bağlı məsələlər, "AzerFit" layihəsinin icrası, "Safeguarding", UGİM-lərin yeni fəaliyyət modeli və "İdman veteranları" ictimai birliyinin fəaliyyəti müzakirə olunub.

Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq qurumlarla əlaqələri, idman yarışlarının canlı yayımı, "Yarışların keçirilmə qaydaları"nın hazırlanması və təsdiqi prosesinin rəqəmsallaşdırılması, "İdman səfirləri" və "SportExpo" barədə təqdimatlar edilib.

Tədbirdə həmçinin federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!