Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri aparılacaq.
Sportinfo.az-ın ölkə.az-a istinadən yaydığı xəbərə görə, təmir işləri və avadanlıq sistemlərinin qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması “Az Arxitektura” MMC-yə həvalə olunub.
Gənclər və İdman Nazirliyi layihə ilə bağlı MMC-yə 298 min 500 manat ödəniş edəcək.
