“Neftçi”nin baş məşqçisi “Sabah”a “göz qırpdı”: ”HAZIRIQ”

00:30 Neftçi 71
“Neftçi”nin baş məşqçisi “Sabah”a “göz qırpdı”: ”HAZIRIQ”

"Neftçi" Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komanda yaxşı formadadır. Qarşıda milli fasilə var. Fasilədən sonra isə "Sabah"la oyun var. Rəqibin Çempionlar Liqası oyununa görə bu matçın təxirə salınma ehtimalı ola bilər. Siz bununla razılaşacaqsız?

- Bu barədə düşünmürəm. Oyunçulara istirahət vermək istəyirik. Bizim 6 futbolçumuz milli komandalara yollanır. Orada da öz oyunlarını göstərməlidirlər. Sentyabrın 24-də bazada toplanıb "Sabah"la oyuna hazırlaşacağıq. Rəqib keçən ilin çempionudur, hazırda yaxşı formadadır. Ciddi hazırlaşacağıq. Oktyabrın 2-də isə "Araz-Naxçıvan"la yoxlama oyunu keçirəcəyilk. Bundan sonra "Sabah"la matçın həftəlik hazırlığına başlayacağıq. "Sabah"dan sonra "Qarabağ" və "Turan Tovuz"la oyunlarımız var. Əgər oyunun təxirə salınmasını istəsələr, müraciət edəcəklər. Biz belə məsələlərə loyal yanaşırıq. Ötən mövsüm də "Qarabağ"la matçın təxirə salınmasına razı olmuşduq. "Sabah"a dəstək olmağa hazırıq.

- İlk hissədə komandanın oyununun alınmamasında Qəbələnin havasının təsiri var idi?

- Burada oynamaq hər zaman çətindir. Havaya öyrəşmək üşün bir az vaxt lazım olur. Ona görə də birinci hissə oyunumuz istədiyimiz kimi getmirdi. Əsas odur ki, qələbə qazandıq.

- Emin Mahmudovu hər oyunun fasiləsində əvəzləyirsiz. Bu, onun fikizi durumu ilə bağlıdır?

- Xeyr, bu, heç bir halda onun fiziki durumu ilə bağlı deyil.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!