UEFA 13 azərbaycanlı məşqçinı Nyona apardı

03:40 Bizimkilər 63
UEFA 13 azərbaycanlı məşqçinı Nyona apardı

Azərbaycanlı məşqçi və təlimçilərdən ibarət heyət İsveçrənin Nyon şəhərində səfərə gedib.

Sportinfo.az xəbər verir ki, tədbir UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunub.

Səfər çərçivəsində Pro lisenziyasına yiyələnən məşqçilər və təlimçilər UEFA-nın təcrübə mübadiləsi proqramında iştirak edirlər.

Tədbirdə Azərbaycanla yanaşı daha 5 ölkənin – Almaniya, İrlandiya, Şimali İrlandiya və Kiprin nümayəndə heyətləri yer alıblar.

Tədbirdə ölkəmizi 13 mütəxəssis - Arif Əsədov, Aslan Kərimov, Osman Rəhimov, Rəşad Abdullayev, Elnur Çodarov, Çudomir Petrov Çokarov, Aleksandr Qross, Zamir Həsənov, Vaqif Cavadov, Rüstəm Məmmədov, Aqil Nəbiyev, Fərid Namazov və Elman Sultanov təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!