“Neftçi”nin futbolçuları dəbilqə geyindi və... MARAQLI ANLARın VİDEOsu

09:40 Neftçi 116
“Neftçi”nin futbolçuları dəbilqə geyindi və... MARAQLI ANLARın VİDEOsu

“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qarşı keçirilən oyuna dəbilqə ilə çıxıb.

Sportinfo.az xəbər verir ki, onlar bunu “Neftçilər günü” münasibətilə ediblər.

Həmçinin futbolçuların əlində pankart olub. Pankartda isə “Milli sərvətimizin qəhrəmanları – Neftçilər gününüz mübarək” sözləri yazılıb.

Qarşılaşmadan öncəki məşqdə isə futbolçuların əynində üzərində 1000 yazılmış formalar olub. Bu isə “Neftçi”nin Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxmasının şərəfinə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM