Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.
“Qarabağ” – “Şəfa” 1:0
Tofiq Bəhramov adına Respublika Stadionu, 1200 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Rəhman İmami, Gülnurə Əkbərzadə
Dördüncü hakim: İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqə: Umar Diav, 72 (qeyri-idman hərəkəti)
Qol: Marko Yankoviç, 61 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
“Qarabağ”
23. Martin Zlomisliç
8. Marko Yankoviç (k)
2. Mateus Silva
5. Bruno Lanqa
10. Joni Montiel
(20. Kadi Borqes, 58)
29. Renaldo Sefas
(22. Musa Qurbanlı, 76)
25. Cebrail Makreçkis
21. Aleksey Kaşuk
7. Jali Muaddib
(19. Taofik İsmail, 58)
4. Bense Varkonyi
33. Dieqo Rosa
(35. Pedro Bikalyo, 88)
Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
55. Bədavi Hüseynov
32. Hikmət Cəbrayılzadə
49. Əli Bəşirov
11. Reda Xadra
88. Samuel Lobato
Baş məşqçi: Qurban Qurbanov
“Şəfa”
12. Əlirza Müştəbazadə
28. Murad Musayev (k)
83. Nihad Quliyev
6. Fərid Yusifli
(22. Umar Diav, 69)
10. Dilan Mertens
(8. Vlad Pop, 69)
18. Bafode Dansoko
(23. Nahid Əliyev, 63)
4. Maudo Jarjue
17. Musa Quel
(42. Elnur Cəfərov, 83)
11. Andrey Draqu
34. Kristofer Mamenqi
7. Treyvon Fuller
(29. Vüsal Qənbərov, 63)
Ehtiyat oyunçular:
1. Nicat Mehbalıyev
99. Məmməd Hüseynov
3. Tərlan Quliyev
55. Rauf Hüseynli
5. Arsen Ağcabəyov
21. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Zaur Həşimov
