“Mənim təmsilçisi olduğum müdafiəçi bura gəlməyi çox istəyirdi“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında qvineyalı menecer Süleyman Yula deyib.
Vaxtilə “Beşiktaş“ və “Lill“in formasını geyinmiş, hazırda isə futbol sektorunda agentliklə məşğul olan keçmiş hücumçu “Neftçi“ ilə apardığı danışıqların uğurlu nəticələnmədiyini bildirib:
“Qvineya yığmasının müdafiəçisini onlara təklif etdim. Bəyəndilər onu.
Sadəcə, müqavilə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmadı. “Neftçi“nin təklif etdiyi məbləğ gözlədiyimiz qədər deyildi.
Futbolçum alacağı maaşı biləndən sonra Azərbaycana gəlmək fikrindən vaz keçdi. Biz “Neftçi“nin futbolçularına nə qədər pul verdiyini təxminən bilirik.
Ona görə də bizə təklif etdiyi məbləğə təəccübləndik. O, ölkəmin millisinin aparıcı müdafiəçilərindən biridir.
Təklifləri həmişə çox olur. Amma hər yerə getmək istəmir. “Neftçi“ böyük klubdur. F
ikirləşirdik ki, ödəyəcəkləri pul da yaxşı olacaq. Artıq bu söhbət gündəmimizi tərk edib“.
Yuri Vernidubun çalışdırdığı komanda bunadək 10 transfer əməliyyatını reallaşdırıb.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya), Denzel Jubitana ("Atromitos", Yunanıstan), Viçko Şevel ("Dandi Yunayted", Şotlandiya) və Adeleke Akinyemi ("Qnistan", Finlandiya) müqavilə imzalanıb.
SPORTİNFO.AZ
