“Neftçi”nin ürəyini oxşayan - Qəbələdən VİDEO

01:10 Neftçi 85
“Neftçi”nin ürəyini oxşayan - Qəbələdən VİDEO

Misli Premyer Liqasının VI turunda "Neftçi" səfərdə "Qəbələ"yə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda "ağ-qaralar" 3:0 hesablı qələbəyə seviniblər.

25-ci dəqiqədə Breno Almeyda hesabı açıb. 86-cı dəqiqədə Adeleke Akinyemi fərqi iki topa yüksəldib. Yekun nəticəni isə 90+2-ci dəqiqədə Lyubomir Tupta müəyyənləşdirib.

Bu matç "Neftçi"nin ölkə futbolu tarixində yüksək dəstədə keçirdiyi 1000-ci oyun kimi tarixə düşüb. Bununla da Bakl klubu Azərbaycan çempionatlarında bu rəqəmə çatan ilk klub olub.

Qeyd edək ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 15 xalla liderliyə yüksəlib. "Qəbələ" isə 4 xalla doqquzuncudur.

"Qəbələ" - "Neftçi" 0:3

Qəbələ şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Viçko Şevel, 54 (qeyri-idman hərəkəti); Alen Şkribek, 65 (qeyri-idman hərəkəti); Rüfət Abbasov, 77 (qeyri-idman hərəkəti)
Qollar: Breno Almeyda, 25; Adeleke Akinyemi, 86; Lyubomir Tupta, 90+2
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Qəbələ”
1. Səlahət Ağayev (k)
4. Elvin Camalov
10. Şahin Şahniyarov
(21. Ziya Şəkərxanov, 66)
27. Eşqin Əhmədov
(66. Nuğay Rəşidov, 77)
9. Karim Rossi
7. Bruno Silva
(24. İsmael Akinade, 46)
6. Xayme Syerra
12. Kouya Mabea
(13. Nicat Əliyev, 77)
16. İsaak Amoah
5. Natan Monzanqo
80. Meşak Uboçioma
Ehtiyat oyunçular:
32. Artur Motta
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
81. Samir Ağayev
19. Xəyyam Məmmədli
30. Cuma Hüseynov
3. Edson Eduardo
Məşqçi: Amil Ağacanov

“Neftçi”
1. Emil Balayev
8. Emin Mahmudov (k)
(20. Qustavo Klisman, 46)
3. Rüfət Abbasov
77. Falaye Sako
5. İqor Ribeyro
55. Endryu Qravilyon
33. Breno Almeyda
(97. Bassala Sambu, 79)
10. Freddi Varqas
(26. Adeleke Akinyemi, 65)
88. Viçko Şevel
(18. İfeanyi Metyu, 65)
11. Alen Şkribek
27. Draqolyub Saviç
(29. Lyubomir Tupta, 46)
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
91. Nurəziz Əzizov
14. Elvin Bədəlov
17. Murad Xaçayev
7. Emil Səfərov
24. Mustafa Sek
22. Denzel Jubitana
Baş məşqçi: Yuri Vernidub

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!