"Sabah”dan bir üzücü, bir xoş xəbər

19 Sentyabr 16:40 Sabah 611
"Sabah”dan bir üzücü, bir xoş xəbər

“Sabah”ın zədəli futbolçularından xəbər var.

Çempionlar Liqasında “Mançester Yunayted”ə, Premyer Liqada “Şəfa”ya qarşı oynaya bilməyən iki futbolçunun durumu məlum olub.

Ksander Severina kollektivlə məşqlərə start verib. Onun “İmişli” ilə qarşılaşmada “23-lük”də yer alacağı gözlənilir.

Stiv Solvetə gəlincə, mərkəz müdafiəçisi hələ də zədəsinin müalicəsi ilə məşğuldur. Qvadalupe millisinin üzvünün durumu komanda çalışmalarında iştirak etməyə imkan vermir.

Müalicə və bərpa dövründə ortaya hansısa problem çıxmasa, Solvet oktyabrın 13-də “Slaviya Praqa”ya qarşı oynaya biləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə