"Komandamdan razı qalmadım"

01:00 Hadisə 95
"Komandamdan razı qalmadım"

Sportinfo.az xəbər verir ki, "Şəfa"nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 6-cı turunun "Qarabağ"a (0:1) qarşı keçirilmiş görüşündən sonra mətbuat konfransında sualları cavablanıdırıb.

- Oyunun gedişatı bizim üçün ümumən yaxşı alındı. Penalti epizoduna qədər demək olar ki, "Qarabağ"a 100 faizlik qol epizodu verməmişdik. Ümid edirdik ki, hücumda hansısa epizoda girərək, qol vurarıq. Ən azından bir xal qazanacağımızı düşünürdük, minimum bir xal arxasınca gəlmişdik. Futbolçularımdan narazı qalmadım, onlara təşəkkür etdim. Üç gün əvvəl oynadığımız "Sabah"a qarşı matç da fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan razı qalmadım. Oyunumuz da pis alınmadı.

- Növbəti oyununuz "Turan Tovuz"a qarşıdır...

- Qarşıda milli fasilə var. Ona qədər üç həftəmiz var. Bu qrafiklə bütün komandalar oynayacaq. Belə komandalarla oyunlarda da xal qazanmaq istəyirik. Oynadığımız bütün komandalar bizimlə görüşə qədər avrokuboklarda bir neçə oyun oynamışdı. Bu gün də komandamız layiqli mübarizə apardı. Üç həftə vaxtımız var. "Turan Tovuz"la görüşdə daha güclü "Şəfa" görəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!