“Neftçi” EFA-ya, “Qarabağ” da “Ulduz”a rəqib oldu - FOTOLAR

08:20 Hadisə 142
“Neftçi” EFA-ya, “Qarabağ” da “Ulduz”a rəqib oldu - FOTOLAR

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, yeddinci turdan təxirə salınan qarşılaşmada EFA “Zəngəzur”u 5:1 hesabı ilə məğlub edib.

Bu nəticə EFA-nın yarımfinala yüksəlməsinə imkan verib. Komanda turnir cədvəlində “Sabah”ı geridə qoyaraq dördüncü pilləyə yüksəlib.

Yarımfinalda EFA “Neftçi” ilə üz-üzə gələcək.

“Zəngəzur” - EFA 1:5

Qollar: Əli Seyfulla, 79 - Ömər Osmanlı, 15. Hüseyn Novruzlu, 33. Yusif Məmmədli, 50. Şahin Qasımzadə, 52. Kənan Həsənov, 68.

Beləliklə, yarımfinal cütləri belədir:

Qarabağ - Ulduz
Neftçi - EFA

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?