Azərbaycanda oyun "alver"inə görə daha 6 futbolçu saxlanıldı?

1 May 14:40 Qalmaqal 871
Azərbaycanda oyun "alver"inə görə daha 6 futbolçu saxlanıldı?

AFFA hüquq-mühafizə orqanları ilə birgə I Divizionda oyun «alver»ini ciddi surətdə araşdırır.

UEFA-dan bununla bağlı gələn serkulyar məktublar federasiyanı əməlli-başlı hərəkətə gətirib.

Aşağı dəstədə meydana çıxan 6 futbolçunun istintaqa cəlb olunması barədə hələlik qeyri-rəsmi məlumat gəlməkdədir. Həmin oyunçular qeyri-leqal bukmeyker kontorları ilə əlaqədə şübhəli bilinir.

Yaxınlarda ATV-yə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev I Divizionda şübhəli oyunların aşkarlanmasını söyləmişdi.

Onun sözlərinə görə, iki komanda ilə bağlı araşdırmalar davam etdirilir:

“Birinci divizion komandalarında araşdırmalar aparılır, əgər iddialar təsdiqlənsə, sərt cəza tətbiq olunacaq”.

O qeyd edib ki, son bir neçə həftə ərzində keçirilən 2-3 oyunla bağlı neqativ siqnallar daxil olub və onlar ciddi şəkildə araşdırılır.

Federasiya rəhbəri ad çəkməyib, söhbətin konkret olaraq hansı komandadan getməsini açıqlamayıb.

Redaksiyamızdakı məlumata görə, hazırda hüquq-mühafizə orqanları bir neçə istiqamətdə təhqiqat aparır. MOİK və daha 2 aşağı dəstə təmsilçisinin futbolçuları sorğu-suala cəlb olunub.

MOİK-in futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyev bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Səbail"ə qarşı keçirilmiş oyunun (0:4) nəticəsini manipulyasiya ediblər. Hər ikisi bu sahədən ömürlük uzaqlaşdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu