Ömürlük futboldan "silinən" azərbaycanlı hücumçu: "Görək nə edirik"

20 Yanvar 2023 00:50 Qalmaqal 1 137
Ömürlük futboldan "silinən" azərbaycanlı hücumçu: "Görək nə edirik"

“Şikayət versəm, nə dəyişəcək? Yenə də görək nə edirik. Yəqin ki, AFFA-ya müraciət edəcəyəm”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırılan MOİK-in hücumçusu Fərmayıl Əliyev bildirib.

O qeyd edib ki, istənilən halda, AFFA-nın qərarından şikayət edəcək.

33 yaşlı futbolçu milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verməyi düşündüyünü söyləyib.

Oyunçu verilən qərarla bağlı geniş danışmaq istəmədiyini vurğulayıb.

Fərmayıl Əliyev və komanda yoldaşı Emin Mehtiyev “Səbail”ə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyununun nəticəsini manipulyasiya etdikləri üçün ömürlük diskvalifikasiya olunublar.

Digər Xəbərlər
Xəbər Lenti