Azərbaycan futbolunda uzun illərdir görmədiyimiz mənzərə - DƏHŞƏTLİ VİDEO GÖRÜNTÜLƏR

22 Dekabr 2022 20:40 Qalmaqal 873
Azərbaycan futbolunda uzun illərdir görmədiyimiz mənzərə - DƏHŞƏTLİ VİDEO GÖRÜNTÜLƏR

Azərbaycan kuboku uğrunda “Turan Tovuz”la “Kəpəz” arasındakı cavab görüşü maraqlı anlarla yadda qaldı.

Hər şey oyunun 2:2 hesabı ilə başa çatıb tovuzluların yarımfinala vəsiqəni təmin etməsindən başladı.

Rəvan Həmzəzadənin final fiti səslənən kimi meydandakı futbolçular arasında kütləvi qarşıdurma yaşandı. Hadisə qan tökülmədən başa çatsa da, referi Tərlan Əhmədli ilə Mate Kvirkviyaya qırmızı vərəqə göstərdi.

Ardınca yerli azarkeşlər coşdu. Gəncəli futbolçuların Tovuzda özünü meydan sahibi kimi aparıb yerli futbolçularla kəllə-kəllə gəlməsi, ardınca Mixeil Erqemlidzenin tribunalara biədəb barmaq jesti etməsi fanatları coşdurdu.

Polislər kütlənin qarşısını vaxtında almasaydı, kim bilir nələr yaşanacaqdı. Anında əsəbləri tarıma çəkilən azarkeşlərə müdaxilə edən poqonlular onları sakitləşdirməyi bacardı.

Hətta stadionun daxilindəki qalmaqal başa çatdıqdan sonra arenanın yaxınlığında da ciddi münaqişə yaşana bilərdi. Bu dəfə Gəncəyə yollanmağa hazırlaşan təxminən 50 qonaq tərəfdarla tovuzlu fanatlar sillə-təpik davasına çıxacaqdı. Yenə polislər vaxtında müqavimət göstərməklə xoşagəlməz olayın qarşısını aldı.

Sportinfo.az uzun illərdir Azərbaycan futbolunda görmədiyimiz mənzərəni özündə əks etdirən görüntüləri təqdim edir:

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti