Ev sahibləri uduzdu, kütləvi dava düşdü, 103 polis, 57 azarkeş yaralandı

14 Mart 2022 22:00 Qalmaqal 1 298
Ev sahibləri uduzdu, kütləvi dava düşdü, 103 polis, 57 azarkeş yaralandı

Mərakeş Kubokunda 1/16 final mərhələsinin FAR - MAS oyunu zamanı kütləvi dava düşüb.

Sportinfo.az xəbər verir ki, fanatlar arasında baş vermiş insidentin qarşısı hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra alınıb.

Qarşıdurma nəticəsində 103-ü polis, 57-si azarkeş olmaqla, ümumilikdə 160 nəfər xəsarət alıb.

Bundan başqa, stadion ərazisində bir çox obyektə və avtomobillərə maddi ziyan dəyib, bir motosiklet yandırılıb.

Təqribən 160 nəfərə yaxın şəxs saxlanılıb. Onların bəziləri zorakılıq hərəkətlərində iştirak etmə, silah saxlama, sərxoş vəziyyətdə maddi ziyan vurma və nəqliyyat vasitəsini yandırma ittihamları ilə həbs ediliblər.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”