Azərbaycan Basketbol Liqasında II tura start verilib.
Sportinfo.az xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" "Naxçıvan"ı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 87:76.
Tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.
