Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxıb.
100 kq çəki dərəcəsində Olimpiya və dünya çempionu Zelim Kotsoyev medal uğrunda mübarizəyə qoşulub.
Onun ilk rəqibi 1/32 funalda Baymurad Bajanov (Türmənistan) olub. Zelim rəqibinə ipponla qalib gələrək 1/16 finala yüksəlib.
O, növbəti mərhələdə Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gəlib və ipponla qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.
Kotsoyev bu mərhələdə Rusiyanı təmsil edən erməni Arman Adamyanla qarşılaşıb və məğlub olaraq mübarizəni dayandırıb.
5 medalımız var
Hazırda Azərbaycan millisinin aktivində 5 medal var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında qazandığı rekord göstəricidir.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
