“Tarixin ən uğurlusu oldu” - İnfantino DÇ-2026 haqda dedi

“Tarixin ən uğurlusu oldu” - İnfantino DÇ-2026 haqda dedi

FİFA prezidenti Canni İnfantino Kabo-Verdedə keçirilən konfransda milli assosiasiyalara gördükləri işə görə təşəkkür edib, Afrika futbolunun nümayəndələrini xüsusi vurğulayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli funksioner son dünya çempionatının tarixdə ən uğurlu turnir olduğunu bildirib:

“Futbol bütün dünyada hər kəsə məxsusdur. Bizim vəzifəmiz imkanlar yaratmaq və onları reallaşdırmaq üçün resurslar tapmaqdır.

Bunun nəticələrini son dünya çempionatında gördük. Bu, azarkeş sayı, idman göstəriciləri və maliyyə nəticələri də daxil olmaqla, bütün meyarlar üzrə tarixdə ən uğurlu dünya çempionatı idi.

Ümumiyyətlə, hər cəhətdən ən yaxşısı oldu. Bu turnirdə Afrika futbolunun necə böyük uğur qazandığını gördüz.

Bu, sizin əməyiniz sayəsində mümkün oldu. Ölkələrinizdə, qitənizdə və bütün dünyada futbolu yeni səviyyəyə yüksəltmək üçün hər gün gördüyünüz işlərin nəticəsidir.

Afrikalı istedadlar dünya futboluna böyük təsir göstərib və bu idmanda getdikcə daha mühüm rol oynamağa davam edirlər.

Kabo-Verde millisi öz ölkəsinin və bütün qitənin qürur mənbəyinə çevrildi. A

mma daha vacibi odur ki, onlar insanların qəlbini fəth etməyi bacardılar. Təkcə Kabo-Verde sakinlərinin və bu ölkədən olan insanların deyil, bütün dünyada yaşayan insanların da”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!