Bakıda A kursunun 1-ci modulu keçirildi - Üç gün ərzində

03:50 Hadisə 77
Bakıda A kursunun 1-ci modulu keçirildi - Üç gün ərzində

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində oktyabrın 5-dən 8-dək UEFA A kateqoriyalı məşqçi kursunun 1-ci modulu keçirilib.

Sportinfo.az xəbər verir ki, modul çərçivəsində təlimləri AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və AFFA-nın Texniki Departamentinin mütəxəssisi, təlimçi Osman Rəhimov aparıblar.

UEFA A məşqçilik kursu UEFA B lisenziyasından sonra məşqçi inkişaf yolunun növbəti mərhələsidir. Kurs peşəkar və elit yeniyetmə komandalarında çalışan baş və köməkçi məşqçilər üçün nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!