Hər şey “Pambıqçı”nın Elnuru ilə başladı, “Zəngəzur”lu Kənan 3700-ə çatdırdı

03:30 Araşdırma 80
Hər şey “Pambıqçı”nın Elnuru ilə başladı, “Zəngəzur”lu Kənan 3700-ə çatdırdı

Azərbaycan Kubokunun tarixində 3700-cü qol vurulub.

Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley göstəricisi I təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” matçına (1:3) təsadüf edib.

Qonaq komandanın futbolçusu Kənan Mirzəliyev qarşılaşmada sonuncu, cari mövsümdə isə 23-cü qolun müəllifi olub.

Həmin top 1992-ci ildən təşkil olunan yarışın tarixinə 3700-cü qol kimi düşüb. Keçirilən 1216 qarşılaşmadan sonra ölkə kubokunda vurulan ümumi qolların sayı 3713-ə yüksəlib.

Turnir tarixində ilk qolu 1992-ci ildə “Pambıqçı” (Neftçala) klubunun futbolçusu Elnur Əsgərov vurub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!