Futbolçunu küçənin ortasında güllələdilər - VİDEO

12 Fevral 2022 01:10 Qalmaqal 1 057
Futbolçunu küçənin ortasında güllələdilər - VİDEO

“Çaykur Rizespor”un futbolçusu Əziz Aksoy və ailəsi İstanbulda silahlı hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kameralarına düşüb.

“Esenler Erokspor”da icarə əsasında forma geyən Əziz Aksoy və valideynləri yaralanıb. İddialara görə, onlara düşmənçilik zəminində hücum edilib.

Silah səsini eşidən və avtomobilin sürücü oturacağından düşən digər ailə üzvü və ətrafdakı vətəndaşlar yaralılara kömək ediblər, cinayətkar isə hadisə yerindən qaçıb.

Hücumdan dərhal sonra xəstəxanaya aparılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlinin tutulması üçün işlərə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”