Sevgilisi tanınmış futbolçunu təcavüzdə ittiham edir - FOTOLAR

31 Yanvar 2022 03:00 Qalmaqal 1 256
Sevgilisi tanınmış futbolçunu təcavüzdə ittiham edir - FOTOLAR

Model Harriet Robson “Mançester Yunayted”in və İngiltərə millisinin futbolçusu Meyson Qrinvudu məişət zorakılığında ittiham edib.

Sportinfo.az xəbər verir ki, model İnstaqram səhifəsinin “hekayə” bölümündə bədənində döyülmə izləri olan foto və videolar yerləşdirib.

“Qrinvudun mənə həqiqətən nə etdiyini bilmək istəyən hər kəs üçün” yazan Robson futbolçunun onu cinsi əlaqəyə məcbur etdiyini bildirib. Robson hətta səs yazılarını da yayıb.

“Mançester Yunayted” məsələdən xəbərdar olduqlarını açıqlayıb, lakin faktlar aşkarlanana qədər şərh verilməyəcəyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.




Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”