Azərbaycanda millinin sabiq futbolçusuna qadağa qoyuldu – Təhqir və hədə-qorxuya görə

3 Dekabr 2021 16:20 Qalmaqal 1 029
Azərbaycanda millinin sabiq futbolçusuna qadağa qoyuldu – Təhqir və hədə-qorxuya görə

AFFA İntizam Komitəsi Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynovu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna hazırda "Səbail"in U-19 komandasında çalışan veteran yarımmüdafiəçinin ROFM klubu ilə matçda hakimi təhqir etməsi və ona hədə-qorxu gəlməsi səbəb olub.

Nəticədə Hüseynovun stadiona girişinə 15 oyun qadağa qoyulub.

Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!