"Neftçi"nin futbolçusunu söydü, polis tərəfindən saxlanıldı və… Yenə həbslər olacaq?

20 Noyabr 2021 23:20 Qalmaqal 3 286
"Neftçi"nin futbolçusunu söydü, polis tərəfindən saxlanıldı və… Yenə həbslər olacaq?

"Neftçi"azarkeşlərindən biri saxlanılıb.

Bu barədə klub rəhbərliyinə yaxın mənbədən Sportinfo.az-a məlumat daxil olub.

Buna səbəb Premyer Liqanın XI turunun "Neftçi" - "Sabah" oyunundan (1:2) sonra baş verən insidentdir.

Belə ki, matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəni fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması alovlandırıb

Bu zaman fanatlardan biri tribunadan meydançaya enərək, Mirabdullaya tərəfə şığıyıb. Mühafizə xidmətinin əməkdaşları tərəfləri çətinliklə sakitləşdirib.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin azarkeşi polis bölməsinə aparıb. Abbasovun ünvanına təhqiramiz ifadələr işlətmiş fanatın hələ də idarədə olduğu barədə xəbərlər var.

O da deyilir ki, adı olaya qarışmış digər azarkeşlərin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində işlər davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti