Messi QALMAQAL yaratdı: Etiraz etdi, baş məşqçinin əlini sıxmadı - VİDEO+FOTOLAR

20 Sentyabr 2021 13:20 Qalmaqal 1 234
Messi QALMAQAL yaratdı: Etiraz etdi, baş məşqçinin əlini sıxmadı - VİDEO+FOTOLAR

Fransa çempionatının 6-cı turunda PSJ “Lion”a qalib gəlib – 2:1.

Sportinfo.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Mourisio Poçettino qarşılaşmanın 76-cı dəqiqəsində Leonel Messini əvəzləyib.

Argentinalı ulduz onun bu qərarından təəccüblənib. Onun yerinə Əşrəf Hakimi daxil olub.

O, meydanı tərk edərkən, Poçettinonun əlini sıxmayıb. Birbaşa ehtiyat oyunçular skamyasına doğru gedib.

PSJ-nin digər futbolçusu Leandro Parades də Messinin əvəzlənməsinə emosional reaksiya göstərib.

Poçettino isə bildirib ki, Messini zədədən qorumaq üçün əvəzləyib. O, Leonu qarşıdakı vacib oyunlar üçün qorumağa borclu olduqlarını bildirib.

Hesabı 54-cü dəqiqədə "Lion"un yarımmüdafiəçisi Lukas Paketa açıb. Neymar tezliklə penalti zərbəsini uğurla reallaşdıraraq, hesabı bərabərləşdirib. Paris təmsilçisinin qələbə qolunu ikinci hissəyə əlavə edilmiş vaxtda argentinalı Mauro İkardi vurub - 2:1.

Bu, Messinin Paris klubunun heyətində üçüncü oyunu olub. Argentinalı hələlik Liqa 1-də qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti