Dünya futbolu daha bir QALMAQAL YAŞADI - VİDEO+FOTOLAR

7 Sentyabr 2021 00:28 Qalmaqal 693
Dünya futbolu daha bir QALMAQAL YAŞADI - VİDEO+FOTOLAR

2022-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə keçirilən Braziliya - Argentina matçında qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin rəsmiləri oyundan bir neçə dəqiqə sonra meydana daxil olaraq, COVID-19-la bağlı protokol qaydasını pozduğu üçün Argentina millisinin İngiltərədən gələn oyunçularının heyətdən çıxarılmasını tələb edib.

Bu tələb isə matçın yarımçıq dayandırılmasına səbəb olub. Belə ki, buna etirazını bildirən Argentina millisi meydanı tərk edərək, soyunma otağına keçib.

Daha sonra Argentina Futbol Federasiyası matçın dayandırıldığını açıqlayıb. Yerli səhiyyə nümayəndələri Emiliano Martinez, Сovani Lo Çelso, Kristian Romero, Emiliano Buendianın heyətdən çıxarılmasını və ölkədən kənarlaşdırılmasını tələb edib.

Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. Böyük Britaniyadan gələnlərin karantində olmaları vacib sayılsa da, argentinalılar İngiltərə klublarında çıxış etmələrinə rəğmən. krallıqda son zamanlar olmadıqlarını bildiriblər.

FIFA qarşılaşma ilə bağlı yekun qərarını yaxın vaxtlarda açıqlayacağını vurğulayıb.

"Dünyanın iki önəmli yığması arasındakı matçın təxirə salınmasına görə təəssüflənirik. Oyunla bağlı ilkin məlumatlar FIFA-ya göndərilib.

İnformasiya səlahiyyətli nümayəndə tərəfindən analiz olunacaq və yaxın vaxtlarda qərar qəbul ediləcək".

Braziliya-Argentina matçında qalmaqal

Digər Xəbərlər
Xəbər Lenti