UEFA "Qarabağ"ın oyununda baş verən qalmaqalla bağlı iş açdı

10 Avqust 2021 12:40 Qalmaqal 1 788
UEFA "Qarabağ"ın oyununda baş verən qalmaqalla bağlı iş açdı

Kiprdə AEL və "Qarabağ" arasında keçirilmiş Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı intizam işi açıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat verilib.

Bildirilib ki, Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. Bunlardan biri meydançaya yad əşyaların atılması, digəri isə yerli azarkeşlərin iğtişaş törətməsidir.

Məsələ ilə bağlı yekun qərar komitənin qarşıdakı iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ dəqiqləşməyib.

"AEK Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın bərabərlik qolundan sonra azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər.

Baş məşqçi Qurban Qurbanov başda olmaqla, texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”