Almanlar meydanı tərk etdi, oyun yarıda qaldı – Bu problemə görə

19 İyul 2021 22:00 Qalmaqal 915
Almanlar meydanı tərk etdi, oyun yarıda qaldı – Bu problemə görə

Almaniya və Hondurasın olimpiya yığmaları (U-23) arasında keçirilən yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Yaponiyanın Vakayama şəhərində təşkil olunmuş bu qarşılaşma yarımçıq dayandırılıb.

Belə ki, matçın 85-ci dəqiqəsində – hesab 1:1 olarkən Almaniya millisi meydanı tərk edib.

Buna yığmanın müdafiəçisi Cordan Torunariqanın rəqib futbolçu tərəfindən irqçiliyə məruz qalması səbəb olub. Futbolçular arasındakı qalmaqal nəticəsində Almaniya millisinin bütün üzvləri meydanı tərk etməyə qərar verib.

Tokio-2020 Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı milli komandaları ilə mübarizə aparacaq.

Honduras isə B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya yığmaları ilə oynayacaq. Olimpidada futbol oyunları iyulun 22-dən başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”