Anasını söyən baş məşqçi üzr istəmədi, sillə vurdu, döyüldü

22 May 2021 11:20 Qalmaqal 1 516
Anasını söyən baş məşqçi üzr istəmədi, sillə vurdu, döyüldü

"Pünik"in baş məşqçisi Yegişe Melikyan komandanın futbolçusu Anton Kobyalkonu döyüb.

Sportinfo.az xəbər verir ki, hadisə Yerevandakı Zvartnots aeroportunda baş verib.

Onların münasibətləri ölkə çempionatının "Pünik" - "Ararat-Armeniya" matçında korlanıb. Nəticədə klub rusiyalı hücumçunun mayın sonunda bitməli olan müqaviləsini vaxtından əvvəl pozub.

Rusiyaya getməmişdən əvvəl Kobyalko kollektivlə vidalaşmaq üçün klubun bazasına gəlib. O, baş məşqçi ilə sağollaşmağa gələndə oyun zamanı ana söyüşü söydüyü üçün üzr istəməsini xahiş edib.

Rədd cavabı alan 35 yaşlı forvard baş məşqçiyə bütün komandanın gözü qarşısında sillə atıb və bazadan hava limanına gedərək gizlənib.

Aeroportda onu Melikyanla yanaşı, "Pünik"in baş direktorunun müavini, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Kim Arakelyan qovub və insanların gözləri qarşısında döyüb.

Yerə sərilən hücumçu başından çoxsaylı zərbələr alıb. Kobyalko polis idarəsində ifadə verməkdən imtina edib və Rusiyaya uçub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”