Tanınmış futbolçunun anası içib dava saldı, bu qadını döydü - FOTO

16 May 2021 23:20 Qalmaqal 812
Tanınmış futbolçunun anası içib dava saldı, bu qadını döydü - FOTO

"Mançester Siti"nin futbolçusu Fil Fodenin anası Klair Foden gənc bir qadına hücum edib.

Sportinfo.az xəbər verir ki, hadisə Klairin dostlarından birinin ad günü mərasimində baş verib.

Fodenin anası həmin qonaqlığa dəvət olunan Keti Skitt adlı bir xanımdan siqaret istəyib. Daha sonra tərəflərin arasında mübahisə yaranıb.

Bir neçə dəqiqə sonra bu münahisə davaya çevrilib. Fodenin anası Skittin üzünə bir neçə dəfə zərbə endirib və onun bədənini dişləyib.

Həmin xanımın adı açıqlanmayan qohumu məsələ ilə bağlı açıqlamasında deyib: "Keti qan içində idi. O, kiçik bir uşağı olan anadır. İstəmir ki, oğlu onun aldığı xəsarətləri görsün. Keti baş verənlərə görə çox qorxub".

Klair Fodenin bu hərəkətinə görə hansı cəzanı alacağı hələlik məlum deyil.

Ulduz futbolçunun anası keflənib dava saldı - <b style="color:red">Şəkil</b>

Digər Xəbərlər
Xəbər Lenti