“Zirə”nin oyununda yaranan QALMAQALA AİD YENİ VİDEO

1 May 2021 17:20 Qalmaqal 1 461
“Zirə”nin oyununda yaranan QALMAQALA AİD YENİ VİDEO

Azərbaycan kubokunun yarımfinalında keçirilən qalmaqallı “Zirə” – “Keşlə” oyunundan (2:3) mübahisəli epizodla bağlı yeni videogörüntü yayılıb.

Sportinfo.az xəbər verir ki, bu videoda əvvəlcə “Keşlə”nin futbolçusu Anatole Abanqın “Zirə”nin oyunçusu Lazar Corceviçə zərbə endirdiyi görünür.

Bundan sonra isə serbiyalı futbolçu onu təxribata çəkən rəqibini vurur.

Ancaq görüşün baş hakimi Elçin Məsiyev yalnız “Zirə”nin futbolçusunu cəzalandıraraq ona qırmızı vərəqə verib, komandanın qapısına isə 11 metrlik cərimə zərbəsi təyin edib.

Bu epizoda görə özündən çıxan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu da hakimə sərt şəkildə etiraz edib və qırmızı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti