Florentino Peres UEFA-nı məhkəməyə vermək istəyir.

25 Aprel 2021 22:00 Qalmaqal 794
Florentino Peres UEFA-nı məhkəməyə vermək istəyir.

"Real"ın və Avropa Superliqasının prezidenti Florentino Peres UEFA-nı məhkəməyə vermək istəyir.

Sportinfo.az xəbər verir ki, qitənin ali futbol qurumunun rəhbəri Aleksandr Çeferin Peresin belə bir addım atacağından narahatdır.

74 yaşlı funksioner isə inanır ki, UEFA Avropa Superliqasına qadağa qoymaqla Avropa Birliyinin antitrest qanunlarını pozur.

O, yalnız Avropa Futbol Assosiasiyaları Birliyinin qitə turnirləri təşkil etmək və ya ləğv etmək hüququna malik olduğunu düşünür. Yəni, UEFA əslində yeganə təşkilatçı ola bilməz. Buna görə də Peres məsələ üzərində irəliləmək istəyir.

Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib.

Avropa Superliqası isə fəaliyyətini dayandırıb

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”