Erməniyə "qardaşım" deyən millimizin futbolçusu kimdir? - FOTO

25 Mart 2021 16:20 Qalmaqal 1 366
Erməniyə "qardaşım" deyən millimizin futbolçusu kimdir? - FOTO

Sosial şəbəkələrdə millimizin yarımmüdafiəçisi Aleksey İsayevin paylaşımı azərbaycanlı istifadəçilərin ciddi etirazına səbəb olub.

Sportinfo.az xəbər verir ki, milliləşdirilmiş futbolçu dünən Portuqaliya ilə DÇ-2022-nin seçmə matçında (0:1) 84-cü dəqiqədə meydana çıxıb.

Bununla əlaqədar İnstaqramda futbolçuya ünvanlanan təbriklər arasında bir erməninin paylaşımı da olub.

Erik Avetyan adlı istifadəçinin "Qardaşım, debütün mübarək. Hər şey irəlidədir" mətnini öz History-sində paylaşan İsayev cavabında "Təşəkkür edirəm, mənim qardaşım" yazıb və ürək, dostluq emojisi atıb.

Azərbaycanla Ermənistan arasında hələ də gərgin münasibətlərin davam etdiyi vaxtda millimizin futbolçusunun erməni dostlarına nümayişkaranə şəkildə belə sözlər yazması qəzəb doğurub.

Sonradan futbolçu bu paylaşımını pozub.

Məsələ ilə bağlı hələlik AFFA və "Sabah" klubu açıqlama verməyib.

Aleksey İsayev Rusiya futbolunun yetirməsidir. O, 2018-ci ildə "Sumqayıt" klubuna gətirilib. Bir müddət keçdikdən sonra milliləşdirilib.


Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”