Ermənistanın müxalifət fəalı Paşinyanı TƏHQİR ETDİ

23 Mart 2021 10:10 Qalmaqal 455
Ermənistanın müxalifət fəalı Paşinyanı TƏHQİR ETDİ

Ermənistanın müxalif fəallarından biri, "Vətənin qurtuluşu üzrə hərəkat"ın koordinatoru İşxan Saqatelyan ölkənin baş naziri Nikol Paşinyanı növbəti dəfə təhqir edib.

Sportinfo.az bu barədə “Yerevan today”ə istinadən xəbər verir.

Saqatelyan iddia edib ki, baş nazir daha çox insanları aldatmaq və çaşdırmaq üçün yeni, daha böyük axmaqlıqlar uydurmağa başlayıb.

"Güman edirəm ki, hər dəfə bu dəlinin (Paşinyanın - red) yalanını və ağılsızlıqlarını şərh etməyə ehtiyac yoxdur. O, daha çox insanları aldatmaq və dolaşdırmaq üçün yenilərini, daha böyük ağılsızlıqları uydurmağa başladı.

Nəticədə, bu günə qədər aldanmış hər kəs məyus olacaq və pislik nəhayət məhv olacaq”, - deyə İşxan Saqatelyan özünün feysbukdakı səhifəsində baş nazir Nkol Paşinyanın seçkiqabağı çıxışını şərh edərkən yazıb.

İşxan Saqatelyan, habelə digər müxalif fəallar daha əvvəl də Paşinyanı aşağılayaraq onu ölkənin baş satqını adlandırıblar.

Digər Xəbərlər
Xəbər Lenti