"Onlar məhkəmədə müqavilə imzalayıb, pul götürdüklərini etiraf edib"

23 Mart 2021 01:10 Qalmaqal 427
"Onlar məhkəmədə müqavilə imzalayıb, pul götürdüklərini etiraf edib"

Korrupsiya qalmaqalına görə həbs olunan "Dinamo"nun (Zaqreb) baş məşqçisi Zoran Mamiç məhkəmədə ifadə verib.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisinin büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunan 50 yaşlı mütəxəssis bu işdə "Real"ın yarımmüdafiəçisi Luka Modriçlə Rusiya "Zenit"ində çıxış edən Deyan Lovrenin də əlinin olduğunu bildirib.

Onun sözlərinə görə, klubdan vəsaiti sözügedən oyunçuların vasitəsilə əldə edib: "Modriçin hesabında hələ də xüsusi müqavilə əsasında istifadə etdiyimiz bir neçə milyon avro pul var.

Mamiç qardaşları pulları qaytarmalıdırsa, Lovren və Modriç də bunu etməlidir. Onlar məhkəmədə müqavilə imzalayıb, pul götürdüklərini etiraf ediblər".

Zoran Mamiç məhkəmənin qərarı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı, "Dinamo"nun idman direktoru vəzifəsində Zdvarko Mamiçə isə 6,5 il həbs cəzası verilib.

Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı