QALMAQALLI SÖZLƏR: "O, axmaq, eyni zamanda kloundur"

6 Fevral 2021 02:24 Qalmaqal 688
QALMAQALLI SÖZLƏR: "O, axmaq, eyni zamanda kloundur"

İspaniya Kubokunun 1/4 final mərhələsinin ev oyunundan sonra "Qranada"nın futbolçusu Roberto Soldado ilə "Barselona"nın baş məşqçisi Ronald Kuman arasında münaqişə baş verib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssisin qələbə sevincini həzm edə bilməyən 36 yaşlı hücumçu onu təlxək adlandırıb.

İspaniyalı forvard 58 yaşlı mütəxəssisin təvazükarlıqdan uzaq olduğunu bildirib: "O, axmaq, eyni zamanda kloundur".

Soldado "Barselona" ilə matçda 2 qol vuraraq komandasını önə çıxarsa da, qonaqlar son dəqiqələrdə hesabı bərabərləşdirə biliblər. Əlavə vaxtda daha 3 dəfə fərqlənən kataloniyalılar 5:3 hesablı qələbə sayəsində yarımfinala vəsiqə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti