MİRAS DAVASI: "Övladıyıq" deyib, elə şey tələb etdilər ki...

11 Dekabr 2020 18:00 Qalmaqal 1 295
MİRAS DAVASI: "Övladıyıq" deyib, elə şey tələb etdilər ki...

25 noyabrda vəfat edən Dieqo Maradonanın övladları əfsanəvi futbolçunun mirasına sahib çıxmaq üçün müxtəlif yollara əl atır.

Sportinfo.az xəbər verir ki, argentinalı vəkillər mərhum futbolçunun vəsiyyətnaməsinin olmadığını açıqlayıb.

Yerli medianın məlumatına görə, Maradona 2012-ci ildə bir vəsiyyətnamə hazırlayıb, amma 2016-cı ildə onu cıraraq atıb.

Argentinalı hüquqşünaslar və mətbuat bu səbəbdən əfsanəvi futbolçunun miras bölgüsünün qalmaqallı keçəcəyini proqnozlaşdırır. Ailədaxili münaqişələr, DNT analizləri və hələlik təsdiqlənməmiş atalıq iddiaları prosesin uzanacağını göstərir.

Mərhum futbolçunun indiyədək birlikdə yaşadığı 6 fərqli qadından 8 uşağının olduğu bildirilir. Bəzi iddialara görə isə bu say 12 nəfərdi.

Maradona cəmi bir dəfə rəsmi şəkildə evlənib. Veteran futbolçu rəsmi evləndiyi Klaudiya Villafanedən iki uşaqla yanaşı, Veronika Oyedadan Dieqo, Valerin Sabalaindən Jana və Kristiana Sinaqradan Dieqo Sinaqranın atası olduğunu qəbul etmişdi.

Bundan başqa Natalia Qarat adlı bir qadından Santiaqo Lara adlı bir oğlunun və kimliyi bilinməyən 2 qadından daha 6 övladının olduğu iddia edilir.

Bu arada fərqli qadınlardan Maradonanın övladları olduqlarını iddia edən 19 yaşlı Santyaqo Lara və 23 yaşlı Maqali Gil artıq DNT analizi üçün əfsanəvi futbolçunun məzarının açılması tələbi ilə rəsmi qurumlara müraciət edib.

Övladlarından başqa Maradonanın həyatda olan 4 bacısı var və onlar da mirasa iddia edir.

Bütün bu iddialar təsdiqlənəcəyi halda Maradonanın 70-100 milyon dollar arasında olan mal varlığı 16 varis arasında bərabər şəkildə bölünməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu