Putinin adamı Rusiya sülhməramlıları ilə bağlı sualı cavabladı

30 Oktyabr 2020 14:43 Problem 429
Putinin adamı Rusiya sülhməramlıları ilə bağlı sualı cavabladı

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Dağlıq Qarabağdakı münaqişənin həlli ilə bağlı geniş mövzuları müzakirə edir”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Dağlıq Qarabağda Rusiya sülhməramlılarının iştirakını istəyən Ermənistan baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək, istənilən sülhməramlıların münaqişə bölgəsinə yalnız hər iki tərəfin razılığı ilə gətirildiyini bildirib.

Rusiyanın sülhməramlılarını münaqişə zonasına Azərbaycanın razılığı ilə göndərməyə hazır olub-olmadığını sualına cavabında isə qeyd edib: “İndi burada bəzi son mülahizələrə əsaslanmaq istəməzdim”.

Peskov Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyasının yaradılmasının mümkünlüyünü müzakirə edib-etmədiyi sualına cavabında bildirib:

“Prezident (Vladimir Putin – red.) Bakı və İrəvandakı həmkarları ilə danışıqlarında mümkün həll yolu ilə əlaqəli ən geniş aspektlərə toxunur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı