Bu gözəlin yenə nə problemi var? - FOTOLAR

7 İyun 2024 03:30 Problem 999
Bu gözəlin yenə nə problemi var? - FOTOLAR

Türkiyənin qadın voleybolçulardan ibarət millisinin üzvü Zəhra Günəş zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Gözəl idmançı ABŞ-də ayağından zədə aldığını bildirib:

“ABŞ-də ayağımdan aldığım zədə səbəbindən hiss etdiyim kədəri və bundan sonra duyduğum hissləri bölüşmək istərdim.

Şokdan çıxdıqdan sonra güclü sevgi və sonsuz dəstək hiss etdim. İstanbulda tez sağalacağıma və Parisdə komandamın yanında olacağıma ürəkdən inanıram.

Dualarınız və xoş arzularınız üçün çox sağ olun. Parisdə görüşənədək!”.

Görüntülərdə onun yeriməkdə çətinlik çəkdiyi bəlli olub. “Filenin sultanları”nın əsas üzvünün bu vəziyyəti hər kəsi kədərləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı