COP29

"Onlar rayonda oynamaq istəmirlər - 2-3 dəfə çox pul verdilər, müqavilə bağladılar"

27 May 17:00 Problem 1 413
"Onlar rayonda oynamaq istəmirlər - 2-3 dəfə çox pul verdilər, müqavilə bağladılar"

«Paytaxtda məskunlaşan klublara baxmayın, legionerləri bölgəyə aparmaq çox çətin məsələdir».

Bu fikir «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Premyer Liqada çıxış edən əyalət təmsilçilərinin üzləşdiyi problemlərdən biri haqda söz açıb.

Bildirib ki, region komandaları əcnəbi futbolçularla anlaşmaqda ciddi problemlə üzləşir:

«Rayonlarda şəraitsizlikdir. Xaricdən gələnlər üçün istirahət və əyləncə məkanlarının olmadığı yerdə oynamaq maraqsızdır.

Onlar burada darıxırlar. Hamısı Bakıya can atır. «Kəpəz», «Qəbələ» və «Turan Tovuz» bu baxımdan əziyyət çəkir.

İstədikləri hər legioneri gətirə bilmirlər.

Hətta «Araz-Naxçıvan» ev oyunlarını paytaxtda keçirdiyi halda, məcbur qaldı, legionerlərə normalda almalı olduqları puldan 2-3 dəfə artıq ödəmə etdi, müqavilə bağladı».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"