“ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə rəsmi Bakının İrəvana ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı təklif etdiyini bildirib:
“Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”.

