15 yaşında liqada debüt etdi, “Neftçi”yə qarşı 10 dəqiqə oynadı

07:20 Basketbol 46
15 yaşında liqada debüt etdi, “Neftçi”yə qarşı 10 dəqiqə oynadı

NTD basketbol komandasının 15 yaşlı üzvü Nəcəf Cəfərov ölkə çempionatında debüt edib.

İdman.Biz xəbər verir ki, gənc basketbolçu Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümünün altıncı turunda “Neftçi”yə qarşı keçirilən görüşdə ilk dəfə meydana çıxıb.

Cəfərov qarşılaşmada 10 dəqiqə parketdə olub. Bu müddət ərzində o, iki xal toplayıb, bir məhsuldar ötürmə verib və bir ribaund edib.

Qeyd edək ki, Nəcəf Cəfərov cari mövsümdə NTD-nin heyətində debüt edən ikinci 15 yaşlı basketbolçu olub.

NTD sözügedən qarşılaşmada “Neftçi”yə 63:82 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!