“Oyun gərgin keçdi. Yaxşı komandaya qarşı oynayırdıq.
Təbii ki, məşqçinin tapşırıqlarını yerinə yetirmək istəyirdik, amma bəzi məqamlarda bu, alınmadı. Yenə də bir xal da bir xaldır, yaxşıdır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “İmişli”nin qapıçısı Yusif İmanov “Sumqayıt”la qolsuz heç-heçə (0:0) ilə başa çatan oyun haqda deyib.
Gənc qolkiper matçın gedişini dəyərləndirib, komandanın qələbə əzmindən danışıb və Azərbaycan millisinə dəvət almaması ilə bağlı fikirlərini bölüşüb:
“Ola bilər, amma biz hər oyuna qələbə üçün çıxırıq. Uşaqlarda istək var.
Həftəboyu hamı böyük həvəslə məşq edir. Sadəcə, bəzən alınmayanda alınmır.
Hər bir Azərbaycan futbolçusu kimi mən də millidən dəvət gözləyirəm. Amma bu, məşqçilərin qərarıdır və təbii ki, hörmətlə yanaşıram.
Yəqin ki, nəsə çatışmır. Milliyə layiq olmaq üçün daha çox çalışacağam”.
