Çempionlar Liqasının 3-cü turunda “Sabah”ın qonağı olan Dortmund “Borussiya”sı Bakıya yorğun gəlib.
Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi son vaxtlar ardıcıl 3 oyun üçün uzun məsafə qət etməli olub.
“Borussiya” əvvəlcə Norveçdə “Bodo-Qlimt”in, ardından Berlində “Union”un qonağı olub. “Union”la matçdan sonra isə komanda Berlindən birbaşa Bakıya uçmayıb.
Buna səbəb odur ki, təyyarənin yanacaq çəni birbaşa uçuş üçün kifayət deyil. Bu üzdən komanda əvvəlcə Dortmunda, orada bir neçə saat dincəldikdən sonra isə Bakıya yollanıb.
Uzun uçuşlar, az yuxu və demək olar ki, bərpa üçün vaxtın olmaması baş məşqçi Niko Kovaçı çox narahat edib:
“Norveçdəki soyuq havadan sonra Berlində meydana çıxmaq, 20 dərəcədən yuxarı temperaturun gözlədiyi Bakıda oynamaq heç də asan deyil. Bunlara qısa müddətdə uyğunlaşmaq şərtdir”.
