Qadın voleybolçuların Super Liqasında ikinci turun növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Murov Az Terminal” öz meydanında UNEC-i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüş “Murov Az Terminal” voleybol klubunun idman zalında baş tutub.
