“Komandamız güclüdür, gələcəkdə qızıl medal qazanacağıq"

04:50 Digər növlər 65
“Komandamız güclüdür, gələcəkdə qızıl medal qazanacağıq"

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin zədə səbəbindən fərdi çıxışının istədiyi kimi alınmadığını bildirib.

Sportinfo.az xəbər verir ki, o bunu jurnalistlərə açıqlayıb.

İdmançı komanda yarışında bütün milli üzvlərinin yaxşı çıxış etdiyini vurğulayıb. O, rəqiblərin güclü olduğunu qeyd edərək komandanın gələcək hədəflərindən də danışıb:

"Komanda şəklində dördümüz də özümüzü yaxşı tərəfdən göstərdik. Fərdi çıxışımda isə zədəmə görə istədiyim nəticəni göstərə bilmədim.

Rəqiblərimiz çox güclü idi. Komandamız da güclüdür və inanırıq ki, gələcəkdə qızıl medal qazanacağıq".

İdmançı Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!
10 Noyabr 04:30 "Zəfər Kuboku" keçirildi