Azərbaycan klubuna uduzmağı ona keçmədilər - İSTEFAYA GÖNDƏRİLDİ

11:20 Türkiyə 38
Azərbaycan klubuna uduzmağı ona keçmədilər - İSTEFAYA GÖNDƏRİLDİ

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Səlcuq Ernak vəzifəsindən azad edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərar “Trabzonspor”un FIBA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda “Sabah”a 72:91 hesabı ilə məğlub olmasından sonra verilib.

Türkiyə klubunun açıqlamasında bildirilib:

“Trabzonspor” basketbol komandamızın baş məşqçisi Səlcuq Ernakın vəzifəsinə son verilib. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

“Sabah” bu qələbə ilə A qrupunda ikinci qalibiyyətini qazanıb. “Trabzonspor” isə turnirdə ikinci məğlubiyyətini alıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!