Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının üçüncü turunda “Neftçi” ilk qələbəsini əldə edib.
Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada paytaxt təmsilçisi “Murov Az Terminal”ı 3:2 hesabı ilə məğlub edib.
Görüşə daha yaxşı başlayan “Murov Az Terminal” ilk seti 25:21 hesabı ilə qazanıb. “Neftçi” ikinci hissədə 25:21 hesabı ilə üstün olsa da, rəqibi üçüncü setdə yenidən önə keçib - 25:22.
Dördüncü setdə təşəbbüsü ələ alan “Neftçi” 25:12 hesablı qələbə ilə tarazlığı bərpa edib. Həlledici beşinci setdə də üstün olan paytaxt klubu 15:11 hesabı ilə qalib gələrək görüşü öz xeyrinə başa vurub.
Beləliklə, ilk iki qarşılaşmasında məğlub olan “Neftçi” mövsümdə ilk qələbəsini qazanıb.
Turun digər oyununda “Xilasedici” “Gənclər”i 3:0 hesabı ilə məğlub edib. Noyabrın 4-də isə “Ordu” “Azərrail” üzərində eyni hesabla qələbə qazanıb.
