COP29

“Problemi var, oynaya bilməyəcək - "Qarabağ"la matçdan öncə çətin vəziyyət

9 Dekabr 2024 13:20 Problem 1 866
“Problemi var, oynaya bilməyəcək - "Qarabağ"la matçdan öncə çətin vəziyyət

FKSB-nin İdarə Heyətinin sədri Mixay Stoyka Avropa Liqasının əsas mərhələsinin "Qarabağ"la qarşıdakı oyununda qapıçı Stefan Tarnovananın diskvalifikasiya olunacağı təqdirdə onu kimin əvəzləyə biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “Prima Sport”a danışan klubun rəsmisi məsələ ilə bağlı bunları deyib:

“Andrey Vladın çiynində problem var və oynaya bilməyəcək. Müqaviləsi bitənə qədər onun daha iki oyunu var idi.

Ola bilsin ki, Tırnovanu “Hoffenhaym”la görüşdə sarı vərəqə alarsa, "Mançester Yunayted" və ya “Qarabağ”la matçda qapını Mixay Udrya dayanacaq.

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazananlara yalnız fevralın 6-dan sonra müraciətdə dəyişikliklərə icazə verir”.

“Qarabağ” – FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Hazırda Rumıniya çempionu 10 xalla ümumi cədvəlin 10-cu, “Qarabağ” isə 3 xalla 32-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti